Ermənistan Ordusunun hərbi qulluqçuları bir-birlərini güllələyiblər

Oktyabrın 20-də Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi ölüb.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyan ölümcül güllə yarası alıblar.

Bildirilib ki, postda hərbi qulluqçular arasında münaqişə baş verib. Mübahisə zamanı hərbi qulluqçular bir-birlərini güllələlyiblər. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçular yolda ölüb.

Hadisəyə münasibət bildirən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hər iki hərbçi silahdan istifadə qaydalarının pozulması nəticəsində aldıqları güllə yarasından ölüblər. Müdafiə Nazirliyi bildirib ki, hadisəni detallarını öyrənmək üçün araşdırma aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş