Ermənistan Ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan Silahlı Qüvvələrinin hmüddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəfildən dünyasını dəyişib.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, hərbçinin ölüm faktını Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçurun Ovannisyan təsdiq edib.

Mətbuat katibinin sözlərinə görə, dünyasını dəyişən hərbçi 1981-ci il təvəllüdlü Qarnik Petrosyan Vanadzor sakinidir.

“Vanadzor vilayətindəki hərbi hissədə xidmət edən hərbi qulluqçunun qəfildən vəziyyəti pisləşib. Hərbçi hospitala aparılarkən yolda keçinib. İlkin məlumatlara görə, ölümün səbəbi infarkt və ya insult olub”, – deyə mətbuat katibi bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş