Ermənistan Ordusunun hərbi qulluqçusu özünü asıb
Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib.
“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, avqustun 14-də Hatsik kəndində 1998-ci il təvəllüdlü hərbçi Abbas Sloyanın asılmış vəziyyətdə meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyindən hərbçinin cəsədinin tapılması ilə bağlı məlumatı təsdiqləyiblər. Bildirilib ki, hərbçinin cəsədi dayısının evindən asılmış vəziyyətdə tapılıb.
KATEQORIYA: Müdafiə