Ermənistan Ordusunun kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntüləri yayımlanıb – VİDEO

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

“AzeriDefence”nin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, bunu Ermənistan Ordusunun kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü Zaver Hovanis Karapetyan deyib.

1974-cü il noyabrın 16-da Noyemberyan rayonunun Dovex kəndində anadan olmuş Zaver Hovanis Karapetyan bildirib ki, hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayır.

“Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”, – deyə Zaver Hovanis Karapetyan bildirib.

Qeyd edək ki, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələrimi tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş