Ermənistan Ordusunun nəqliyyat vasitəsi məhv edilib: Çoxlu sayda erməni hərbçi öldürülüb – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətlə dolu hərbi-nəqliyyat vasitəsi məhv edilib.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi Azərbaycan Ordusunun bölmələrinin atəşi ilə məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.

KATEQORIYA:
Bu xəbəri paylaş