Ermənistan Ordusunun qərargahı dağıdıldı: Ermənilər çoxlu sayda itki verdi – VİDEO

Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin qərargahına cavab zərbəsi endirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına Azərbaycan Ordusu tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Müdafiə Nazirliyi bildirilir ki, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını gizlətməyə çalışır.

Bütün cəbhə boyu əməliyyat şəraitinə Azərbaycan Ordusu tam nəzarət edir.

KATEQORIYA:
Bu xəbəri paylaş