Ermənistan Ordusunun təxribat qrupu məhv edilib

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya təxribat qrupu məhv edilib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veilib.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətdədir.

KATEQORIYA:
Bu xəbəri paylaş