Ermənistan Rusiyadan üçü İL-76 təyyarəsi olmaqla yeni silah və hərbi texnikalar alacaq

Rusiya Ermənistana müasir silahların çatdırılmasını davam etdirəcək.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda yanvarın 18-də işə başlamış Ermənistan-Rusiya hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirilib.

Rusiya Federasiyası Hərbui-Texniki Əməkdaşlıq üzrə Federal Agentliyin director müavini Konstantin Biryulin bildirib ki, son illər iki ölkə arasında bir sıra əhəmiyyətli məsələlər həll edilib.

İclasda ikitərəfli hərbi-texniki əməkdaşlığın normativ-hüquqi bazasının təkmilləşdirilməsi, dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılması haqqında Rusiya Federasiyası və Belarus arasında razılaşmaya Ermənistanın birləşməsi haqqında sazişin imzalanmasına hazırlıqlar, Ermənistanda KAMAZ maşınlarına təmir xidməti üzrə sertifikatlaşdırılmış mərkəzin yaradılması və ehtiyat hissələrin çatdırılması, Ermənistandakı Rusiya istehsalı olan hava hücumundan müdafiə vasitələrinin təmiri üzrə ixtisaslaşmış mərkəzin yaradılması, Ermənistanda Rusiya istehsalı olan helikopterlərin təmirini həyata keçirən regional mərkəzin yaradılması, 2013-cü ildə imzalanmış hərbi-texniki əməkdaşlığın inkişafı haqqında Müqavilə çərçivəsində hərbi təyinatlı məhsulun çatdırılmaları barədə məsələlər müzakirə olunur.

Tərəflər həmçinin Rusiya Müdafiə Nazirliyi tərəfindən Ermənistana 3 ədəd İL – 76 hərbi nəqliyyat təyyarəsinin çatdırılması məsələsinə də baxacaqlar.

Erməni mediasının xəbərinə görə, iclasda tank, raket-artilleriya və digər silah və texnikanın Ermənistana verilməsi, sərhəd nəzarəti, hərbi texnikanın modernləşdirilməsi, trenajorların tədarükü və digər məsələlərin müzakirəsi aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş