Ermənistan Rusiyadan “Verba” zenit-raket kompleksi alıb

Ermənistan Rusiyada “İqla-S” və “Verba” daşınan zenit-raket kompleksləri əldə edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Hay Zinvor” qəzetinə müsahibəsində Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının komandan müavini polkovnik Artur Poqosyan bildirib.

Polkovnik Poqosyan, aprel döyüşlərindən sonra Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Sistemində yenilənmə etdiyini və bu yenilənmə zamanı əsas istiqamət kimi PUA-larla mübarizəyə diqqət yetirildiyini deyib.

“Bu məqsədlə biz istifadəmizdə olan kompleksləri tamamilə yenilədik və etibarlılığını artıraraq müasirləşdirdik. ZU-23-2, S-60, ZU- 23-4 “Şılka” komplekslərinə müxtəlif nişangahlar və termik qurğular əlavə edilib”, – deyə polkovnik Poqosyan qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş