Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutub.

Bu barədə “AzeriDefence”yə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Dekabrın 9-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi minaatanlardan və iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, dinc əhalimizin yaşadığı kəndləri atəşə tutan işğal olunmuş ərazilərdəki təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən düşmənin döyüş mövqelərini və hərbi obyektlərini məhv etmək məqsədilə ordumuz cavab tədbirləri görəcək və buna görə məsuliyyət Ermənistanın cinayətkar rejiminin üzərinə düşəcəkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş