Ermənistan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinə yeni rəis təyin olunub

Ermənistan müdafiə naziri Vigen Sarkisyan Müdafiə Nazirliyinin rəhbər heyətinə Silahlı Qüvvələrin Kəşfiyyat idarəsinin yeni rəisini təqdim edib.

“AzeriDefence” erməni mətbautına istinadən xəbər verir ki, Vigen Sarkisyan bu gün Ermənistan ordusunun sülhməramlı briqadasının komandiri, general-mayor Аrakela Маrtikanyan və Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat idarəsinə oktyabrın 9-da təyin olunmuş polkovnik Vaxinaka Sarkisyanı Müdafiə Nazirliyinin rəhbər heyətinə təqdim edib.

O bildirib ki, hər iki rəhbər şəxs prezident Serj Sarkisyanın fərmanı ilə vəzifəyə təyin olunublar.

Qeyd edək ki, ötən il Qarabağda aprel döyüşlərindən sonra Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə bu ölkənin Müdafiə Nazirliyinin Silahlanma idarəsinin rəisi Melsika Çilingaryan, Rabitə idarəsinin rəisi general-mayor Komitas Muradyan və Müdafiə Naziliyinin Maddi-Texniki Təminat iadrəsinin rəisi, nazir müavini general-leytenant Alik Mərzəbekyan ilə yanaşı Silahlı Qüvvələrin Kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan tutduqları vəzifələrdən azad ediliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş