Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycan əsgərlərinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib

KATEQORIYA:
Bu xəbəri paylaş