Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və PUA-sı məhv edilib – FOTO – VİDEO 

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki  vəziyyətlə bağlı məlumat yayıb.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə,  fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin uzunmüddətli atəş nöqtəsi məhv edilib.

Bundan başqa cəbhənin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) da vurularaq sıradan çıxarılıb.

Ermənistan Ordusu itkilərə məruz qalıb.

KATEQORIYA:
Bu xəbəri paylaş