Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin vəzifədən gedəcəyi gözlənilir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Movses Akopyanın işdən azad olunacağı gözlənilir.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, “Joxovurd” qəzetinin məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında kadr dəyişiklikləri gözlənilir.

“Çox güman ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Movses Akopyan tutduğu vəzifədən azad olunacaq. Onu bu postda general-mayor Оnik Qasparyan əvəzləyəcək. Görünür, məhz buna görə Ermənistan prezidenti Serj Sarkisyan iyunun 15-də Onik Qasparyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edib. Bununla da onu yüksək vəzifəyə təyin etmək üçün zəmin hazırlayıb. Movses Akopyanın isə gələcək taleyi hələlik məlum deyil”, – deyə qəzet yazır.

KATEQORIYA:
Bu xəbəri paylaş