Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ölüb

Ermənistan Silahlı Qüvvələrinin müddətli hərbi qulluqçusu ölüb.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, mayın 6-da saat 07:30 radələrində Ermənistanın ön xəttə yerləşən hərbi hissələrinin birində əsgər meyiti aşkar edilib.

1999-cu il təvəllüdlü müddətli hərbi qulluqçu Levon Torosyanın baş nahiyəsindən aldığı güllə yarasından öldüyü məlum olub.

Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş