Ermənistana məxsus PUA məhv edilib

Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş