Ermənistanda biri hərbi kəşfiyyat rəisi olmaqla 3 general işdən çıxarıldı

Ermənistanın Müdafiə Nazirliyində və silahlı qüvvələrin rəhbərliyində təmsil olunan 3 nəfər general rütbəli şəxs vəzifəsindən azad edilib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyanın imzaladığı sərəncamla Silahlı Qüvvələrin kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə idarəsinin rəisi general-mayor Komitas Muradyan və Müdafiə Naziliyinin Maddi-Texniki Təminat iadrəsinin rəisi, nazir müavini general-leytenant Alik Mərzəbekyan tutduqları vəzifələrdən azad ediliblər.

Onların yerinə təyinatlar barədə heç bir məlumat verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş