Ermənistanda hərbi məhsullar da istehsal edən kimya zavodunda yanğın olub- FOTO

Ermənistanın “Nairit” kimya zavodunda yanğın hadisəsi baş verib.

Bu barədə “AzeriDefence” erməni mətbuatına istinadən xəbər verib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, zavod ərazisində baş verən yanğın haqqında məlumat avqustun 28-də saat 13:10 radələrinədə daxil olub. Hazırda hadisə yerində 6 yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır.

Qeyd edək ki, “Nairit” zavodu SSRİ dövründən bir sıra hərbi sənaye məhsullarının istehsalını həyata keçirib. Hazırda müəssisədə Rusiyanın hərbi sənaye müəssisələrinin sifarişi əsasında xammal istehsal edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş