Ermənistanda hərbi qulluqçu bıçaqlandı

Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməyə çalışan Baqrataşena sakinləri Sərhəd Qoşunlarının hərbçisini bıçaqlayıblar.

Bu barədə “AzeriDefence”  “News.am” saytına istinadən xəbər verib.

İstintaq komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsində baş verib.

Sərhəd xidmətinin əməkdaşı sərhəddi keçmək istəyən Baqrataşen kənd sakinləri olan iki qardaşdan maşınlarının yük yerini açmağı tələb edib. Qardaşlar imtina etdikdə isə onlar arasında mübahisə başlayıb.

Onların mübahisəsinə əlində bıçaq olan daha bir mülki şəxs qoşulub və hərbçini bıçaqlayaraq yaralayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisə iştirakçılarından biri saxlanılıb, digərlərinin axtarışı üzrə əməliyyat tədbirləri keçirilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş