Ermənistanda hərbi xidmətə çağırışdan möhlət hüququ ödənişli edilir

Ermənistanda çağırışçılar 200 min dram (təxminən 417 ABŞ dollları) ödəməklə 27 yaşına qədər həqiqi hərbi xidmətdən möhlət hüquq ala biləcəklər.

“AzeriDefence”nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, təklif layihəsi diaspor komitəsi tərəfindən irəli sürülüb. Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bu təklifi çox müsbət qarşılayıb.

Məlumat üçün qeyd edək ki, Ermənistan parlamenti ilə hökumət arasındakı razılığa əsasən, məcburi hərbi xidmətdən yayınmaya görə cinayət məsuliyyətinin aradan qaldırıb, müəyyən edilmiş məbləğdə vəsait ödəməklə cəzanın əvəz olunmasına dair son dəyişikliklər 2015-ci ilin aprelin 30-da qəbul edilib. Qanun qəbul edilərkən cinayət məsuliyyətinin aradan qaldırılmasını 2014-ci il dekabrın 31-dək 27 yaşı tamam olmuş, orduda məcburi xidmətdən yayınan vətəndaşlar üçün nəzərdə tutulmuşdu. Sonradan qanuna edilmiş dəyişikliyə əsasən isə bu tarix dəyişdirilərək 2015-ci il mayın 1-nə dək 27 yaşı tamam olmuş vətəndaşlar orduda məcburi xidmətdən yayınan vətəndaşlar üçün nəzərdə tutulub. Bu cür dəyişikliyin edilməsi minlərlə vətəndaş arasında etiraza səbəb olub və qeyri-müəyyən vəziyyət yaranıb.

Bildirilir ki, məcburi xidmətdən yayınmaya görə müxtəlif illərdə bir çoxlarına qarşı cinayət işi açılıb. Və həmin şəxslər cinayət işini üzərindən götürmək üçün ötən illər ərzində müəyyən məbləğdə vəsait ödəyərək bu cəzadan yaxa qurtara biliblər. Diaspora komitəsinin məlumatına görə, 2014-ci il ərzində 954 nəfər, 2015-ci ilin birinci rübündə isə 61 nəfər xidmətdən yayınmaya görə cinayət məsuliyyəti öz üzərindən götürmək  üçün bu üsuldan istifadə edib.

Qeyd edək ki, Ermənistanda il ərzində iki dəfə hərbi xidmətə çağırışı olur. Yeni qanuna əsasən hər çağırışda 200 min dram ödəməklə 27 yaşa qədər xidmətdən möhlət hüququ ala biləcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş