Ermənistanda rusiyalı hərbi qulluqçu xidmət yoldaşına, sonra özünə atəş açıb

Oktyabrın 23-də Ermənistanda hərbi poliqonda Rusiya Ordusunun hərbi qulluqçusu avtomat silahdan əvvəl əsgər yoldaşına, sonra isə özünə atəş açıb.

“AzeriDefence”nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın “Alaqyaz” poliqonunda təlimlərdən sonra müddətdən artıq xidmətdə olan hərbi qulluqçu silahın təhvil verilməsi zamanı təhlükəsizlik tələblərini pozaraq avtomat silahdan qeyri-ixtiyari atəş açıb və xidmət yoldaşını öldürüb.

Daha sonra baş verən hadisədən qorğu keçirən hərbi qulluqçu sözügedən poliqonda özünə də atəş açaraq inthar edib.

Hadisə ilə əlaqədar Cənub hərbi dairəsinin komissiyası tədqiqat aparır.

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş