Ermənistanın daha bir pilotsuz uçuş aparatı məhv edilib

Cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə aid daha bir pilotsuz uçuş aparatı məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə “Krunk-25” tipli taktiki pilotsuz uçuşan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib”, – deyə Nazirlik bildirib.

Qeyd edək ki, ilin əvvəlindən bu günədək cəbhə xəttində Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvvələrinin 8 PUA-ı məhv edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş