Ermənistanın hərbi hissəsində partlayış olub, ölən və yaralananlar var

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı hərbi hissəsində partlayış olub.

“AzeriDefence”nin “News.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cəbhənin şimal-şərq istiqamətində yerləşən hərbi hissədə saat 12:10 radələrində tank əlehinə qumbara partlayıb.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü hərbi qulluqçu Qrant Manqasaryan ölüb. Digər hərbçilərdən Qevork Xyusnuns və Serqey Alumyan qəlpə yaraları alaraq xəstəxanaya yerləşdiriliblər.

İnsidentin başvermə səbəbi haqqında məlumat verilmir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş