Ermənistanın Vazgen Sarkisyan adına Hərbi İnstitutuna sənəd verənlərin sayı azalıb

“Bu ilin aprel ayının 21-23 tarixləri arasında Ermənistanda “Millət-Ordu 2017” ümummilli forumu keçirilib. Forumun məqsədi işğalçı Ermənistan ordusunun insan potensialını yüksəltmək və ordunu cəmiyyət üçün daha cəlbedici etməkdir. Forum işğalçı ölkənin ictimai, siyasi və hərbi nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb”.

“AzeriDefence” xəbər verir ki, bunu hərbi siyasi icmalçı Nəriman Qarayev deyib.

İcmalçının sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində işğalçı erməni hərbi birləşmələrinin tərkibində döyüşmüş keçmiş hərbçi “Döyüş Xaç” ordenli Vahan Badasyan forumu birmənalı qarşılamayanlardan biridir:

“Forumla bağlı müsahibəsində separatçı V.Badasyan bildirib ki, Vazgen Sarkisyan adına Hərbi İnstitut tamamilə boşdur: Ölkədə ciddi zabit çatışmamazlığı var. Küçədən adam yığıb gözə kül üfürürlər. Bütün bunları təhsil ocaqlarından tələbələri hərbi işlərə cəlb etməklə zabit rütbəsi verməklə zorla orduya adam sürümək məqsədi daşıyır. Absurd vəziyyət yaranıb”.

“Erməni mənbələrinə dayanaraq apardığımız araşdırmaların nəticəsində Badasyanın dediklərinin həqiqət olduğunu göstərdi. 2013-cü ildən etibarən işğalçı Ermənistan Müdafiə Nazirliyi hərbi məktəbin məzunları, onların sayı və ixtisasları haqqında heç bir məlumat açıqlamayıb”, – deyə N.Qarayev əlavə edib.

Ekspertin qeyd edir ki, Vazgen Sarkisyan adına Hərbi İnstitut 1994-cü ilin iyunun 24-də yaradılıb:

“2015-ci ilin fevral ayında hərbi məktəbin 30-a yaxın əməkdaşı sabiq müdafiə naziri separatçı Seyran Ohanyan tərəfindən işdən qovulub. Qovulanların 4-ü cinayət məsuliyyətinə cəlb olunub, institutun direktoru ve 3 müavini də qovulanlar arasında olub. Yarandığı gündən bu günə qədər hərbi institutun məzun sayı hər ilə ortalama 100 nəfəri keçmir.

İcmalçının verdiyi məlumata görə, Ermənistan əhalisinin orduya qarşı biganəliyini nəzərə alan ölkənin “Qarabağ Klanı”ndan təşkil olunmuş hakimiyyəti 18 yaşlı çağırışçı kvotasını doldura bilmir:

“Boş qalan yerləri müqaviləli hərbi qulluqçular hesabına doldurmaq istəyən işğalçı ölkə “Millət-Ordu” Konsepsiyasında bununla bağlı layihələr hazırlayıb Parlamentə təqdim edəcək. Qeyd edim ki, müqaviləli hərbi qulluqçular neçə ildir işğalçı erməni ordusunda xidmət edir, lakin buna baxmayaraq yenə də çağırışçı kvotası tamamlanmır”.

KATEQORIYA:
Bu xəbəri paylaş