Ermənistan Silahlı Qüvvələrinin hərbçisi əsgər yoldaşını güllələdi

Dekabrın 11-də, saat 19:30-da Ermənistan Ordusunun əsgəri cəbhənin şimal istiqamətindəki hərbi hissədə əsgər yoldaşı tərəfindən güllələnib.

“AzeriDefence” “News.am” saytına istinadən xəbər verir ki, İrəvanda anadan olan, hərbçi Narek Adibekyan aldığı güllə yarasından dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisənin detallarını öyrənmək üçün istintaq aparılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş