Erməni əsgəri cəbhədə başından vuruldu

Bu gün səhər saatlarında cəbhə xəttində Ermənistan Ordusunun əsgəri öldürülüb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin şimal-şərqində – İcevan rayonu ərazisində – təmas xəttində baş verib.

Yerli vastla saat 8:50-də baş vermiş atışmada Ermənistan Ordusunun əsgəri Nerses Kazaroviç Karapetyan başından aldığı güllə yarasından ölüb.
Hərbi qulluqçunun yaşı qeyd edilmir.

KATEQORIYA:
Bu xəbəri paylaş