Erməni zabit xidmət etdi hərbi hissənin ərazisində qətlə yetirildi

Ermənistanın şimal-şərq hissəsində – Azərbaycanla həmsərhəd bölgəsində yerləşən hərbi hissələrdən birində erməni zabit qətlə yetirilib.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, leytenant Mavrik Xacatur oğlu Məlikyan baş nahiyyəsindən aldığı güllə yarası nəticəsində ölüb.

Zabit iyunun 30-da saat 13.00 radələrində hərbi hissənin ərazisində yaralı vəziyyətdə tapılıb.

Hospitala aparılan zaman isə yolda keçinib.

Hadisə ilə bağlı təhqiqat aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş