Ermənilər ATƏT-in Minsk qrupunun nümayəndələrini atəşə tutublar

ATƏT-in Minsk qrupunun nümayəndələri Füzulidə Ermənistan Ordusu tərəfindən atəşə tutulub. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulub”, – deyə məlumatda qeyd olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş