Ermənilər yeni RLS hazırlayıblar – FOTOLAR

İrəvan Elmi-tədqiqat Rabitə Vasitələri İstitutu 3 müxtəlif radiolakasiya stansiyasi hazırlayıb. “AzeriDefence”nin “VPK Armenia” saytına istinadən verdiyi məlumata görə, yeni qurğuların müəllifi institutun direktoru, texnika elmləri doktoru M. Markosyandır.

Stansiya barədə məlumat verən M. Markosyan bildirib ki, MŞR-200 radar sistemi yerli məhsuldur və analoqlarından daha geniş diapozonda müşahidə apara bilir.

Onun sözlərinə görə, müəyyən ərazidə fəaliyyət göstərən radar düşmən qurğuların işləməsinə də maneə yaradır.

Mütəxəssis bildirib ki, qurğunun açılıb, quraşdırılması 20 dəqiqə çəkir. Stansiya yük maşının şasisində və yarımqoşqu şəklində istehsal olunub.
Stansiya dessimetr və santimetr diapozonunda işləyir.

KATEQORIYA:
Bu xəbəri paylaş