Ermənilərin cəbhədə istifadə etdikləri elektro-optik sistemlər – FOTO

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki bölmələri bu ölkənin müdafiə sənayesi müəssisələrində istehsal edilmiş bəzi elektro-optik sistemlərdən istifadə edir.“AzeriDefence”nin ermənilərə məxsus internet resurslardan əldə etdiyi məlumata görə, hazırda Ermənistan-Azərbaycan dövlət sərhədində və Dağlıq Qarabağdakı hərbi hissələrin istifadəsində Ermənistanın “LT Pyrkal” şirkətinin istehsalı olan elektro-optik sistemlərdən istifadə edilməkdədir.

Hazırda adıçəkilən şirkətin istehsal etdiyi LH-01M lazer məsafəölçəni 2K02 (2D02) artilleriya kəşfiyyatı elektro-optik sistemi və 1D01 müşahidə periskopu erməni hərbi bölmələrinin istifadəsindədir.

“LT-Pyrkal” şirkəti 1999-cu ildə Ermənistan və Yunanıstan şirkətləri tərəfindən müştərək müəssisə olaraq təsis edilib. Təsisçilər olaraq Ermənistan tərəfdən “Lazer texnikası” QSC (51% ) və Yunanıstan tərəfdən “Hellenic Defence Systems” şirkəti (49%) çıxış edir. Şirkət Ermənistan və Yunanıstanın hərbi ehtiyacları üçün lazer və elektro-optik sistemlərin istehsalı ilə bağlı müxtəlif layihələr həyata keçirir.

KATEQORIYA:
Bu xəbəri paylaş