Ermənilərin hərbi maşını minaya düşdü: 5 hərbçi öldü  

Erməni mediası Dağlı Qarabağda vəziyyətin gərgin olduğunu və itkilərin artıdığnı yazır.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, sentyabrın 9-da Dağlıq Qarabağın şərq və cənub şərq bölgəsində vəziyyət olduqca gərgin olub.

Yerli vaxtla saat 22.00-dan başlayaraq, Azərbaycan Silahlı Qüvvələri erməni mövqelərini minamyot və digər silah növlərindən intensiv atəşə tutub.

Snayper atəşi zamanı isə 2 erməni hərbçisi ölüb. Bütün gecəni adıçəkilən istiqamətlərdə vəziyyət gərgin olub.

Baş verənlər erməni hərbçiləri və mülki əhalisi tərəfindən itkilərlə nəticələnir.

Ötən gün isə saat 10.00 radələrində Dağlıq Qarabağın şimal bölgəsində erməni hərbçilərini daşıyan “KamAz” markalı maşın minaya düşərək, partlayıb.

Nəticədə 5 erməni hərbçisi ölüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş