Ermənistan BƏƏ-də keçirilən müdafiə sərgisinə qatılamaq istəyir

Ermənistan 2015-ci ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabi şəhərində keçiriləcək IDEX-2015 beynəlxalq müdafiə sərgisində iştirak edəcək. Bu barədə “AzeriDefence”yə İDEX təşkilat komitəsindən məlumat verilib.

Yaxın Şərqin ən möyük müdafiə sərgisi olan IDEX-2015-də Ermənistan müdafiə sənayesi ayrıca stendlə təmsil olunacaq.

Qeyd edək ki, 2011-ci ildə keçirilən IDEX sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi, 2013-cü ildə isə Gürcüstandan bir firma iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş