Ermənistan beynəlxalq konvensiyaları pozaraq minaların istehsalını davam etdirir

“Ermənistanın beynəlxalq konvensiyaları növbəti dəfə pozaraq minaların istehsalını inkişaf etdirir”. “AzeriDefence”nin məlumatına görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bir müddət əvvəl İrəvanda keçirilən hərbi sərgidə Ermənistanın dövlət rəmilərinə yerli istehsal olan minalar nümayiş olunub. Bu da beynəlxalq qanunlara ziddir.

Onun sözlərinə görə, təmsil etdiyi qurum artıq bununla bağlı fakt üzrə araşdırmalarını aparır: “Çalışacağıq ki, BMT-nin Minalar Əleyhinə qəbul edəcəyi bu ilki hesabatına Ermənistanın bu addımı salınsın”.

H. Səfixanov bu məsələdə Azərbaycan mediasını dəstək verməyə də çağırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş