Ermənistan bu il Rusiyadan 4 kompleks “Ptero-E5” tipli PUA alıb

Ermənistan bu il Rusiyadan “Ptero-E5” tipli pilotsuz uşuş aparatı (PUA) satın alıb. “AzeriDefence.com” saytının əldə etdiyi məlumata görə, PUA-lar Smolensk şəhərində fəaliyyət göstərən “AFM-Serverz” adlı bir şirkət tərəfindən hazırlanıb.

Ermənistan ümumilikdə 4 kompleks “Ptero-E5” tipli PUA alıb. Pilotsuz aparatların Ermənistanın Fövqəladə Hallar Nazirliyi tərəfindən alındığı bildirilir.

Adıçəkilən şirkətin baş direktoru Əmir Vəliyev “Aviaport” saytına müsahibəsində Ermənistana PUA satışını təsdiqləyib. Şirkət rəhbərinin sözlərinə görə, PUA-lar elektrik mühərriki ilə təchiz olunub. PUA havada 8 saat qala bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş