Ermənistan İngiltərədən snayper tüfəngləri alıb

Ermənistan İngiltərənin “Accuracy International” şirkətindən snayper tüfəngləri alıb. Bu barədə fakt “AzeriDefence”yə aprelin Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş DSA-2014 sərgisində təmsil olunan “Accuracy International” şirkətinin stendindən təsdiqlənib.

Ermənistana L96A1 Arctic Warfare, AWS (Arctic Warfare Suppressed) və Arctic Warfare Folding modellərinin satıldığını bildirən şirkət yetkililəri satışın həcmi barədə əlavə məlumat verməyiblər.

“AzeriDefence”nin məlumatına görə, Ermənistana bu silahların satışı “Accuracy International”ın Gürcüstandakı dileri vasitəsi ilə həyata keçirilib.

Ermənistana satılan snayper tüfəngləri “Schmidt & Bender” şirkətinin istehsalı olan optik nişangahla komplektləşdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş