Ermənistan istehsalı olan yeni PUA – FOTO
Ermənistanda hazırlanan daha bir pilotsuz uçuş aparatının (PUA) fotosu üzə çıxıb. “AzeriDefence”nin məlumatına görə, yeni PUA-nın fotosu bu günlərdə hərbi forumlarda yer alıb.
Üzərinə “Armdrone” yazılmış bu PUA öz dizaynına görə, Ermənistanın “Krunk” və “Baze” adlı PUA modellərindən fərqlənir.
PUA-nın texniki-taktiki göstəriciləri barədə əlavə məlumatlar yoxdur.
KATEQORIYA: Aerospace