Ermənistan orduda əsgər çatışmazlığını həll etmək üçün müqaviləli heyətin sayını artırır

Ermənistan Silahlı Qüvvələri ölkədə demoqrafik problemlərlə əlaqədar yaranmış çağırışçı çatışmazlığını aradan qaldırmaq üçün müqaviləli heyətin sayını artırmaq variantını tətbiq edir. “AzeriDefence” saytının məlumatına görə, bunu mətbuata açıqlamasında Ermənistan Parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının rəhbəri Qrayr Karapetyan bildirib.

Q. Karapetyan qeyd edi ki, mövcud demoqrafik problem müqaviləli xidmət vasitəsi ilə həll edilir.

“Bu il biz 1993-1994-cü illərdə doğulmuş çağırışçıların orduya göndəririk. Onlar kifayət qədər mürəkkəb dövrdə doğulublar. Bu çağırışçıların sağlamlığında problemlər var”, – deyə komissiya sədri vurğulayıb.

Q. Karapetyanın sözlərinə görə, son çağırışda 200 çağırışçı səhhətlərindəki problemlə əlaqədar olaraq xidmətə göndərilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş