Ermənistan Ordusu verdiyi itkiləri başqa adlarla açıqlamağa çalışır


Ermənistanın Müdafiə Nazirliyi Qeqarkunik vilayətinin Çovak kəndi ərazisində baş avtomobil qəzasında 3 erməni hərbçisinin ölməsi barədə məlumat yayıb.
“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, sentyabrın 5-də Martuni-Vardenis avtomobil yolunda baş verən qəza zamanı “Mercedes” avtomobilində 5 nəfər Ermənistan Ordusunun hərbçiləri olub. Onlardan 3 nəfər – 29 yaşlı kapitan Taron Sedrakyan yolda, 38 yaşlı Qriqor Saakyan və yefreytor Qevorq Vardanyan isə sentyabrın 6-da hospitalda ölüblər.

Digər yaralılar 28 yaşlı Arutyun Mirzoyanın və 30 yaşlı Sevak Qasparyanın isə vəziyyəti ağırdır.

Son günlər cəbhə xəttində ciddi itkilər verən Ermənistan Silahlı Qüvvələrinin itkilərinin böyük hissəsi ictimaiyyətdən gizlədilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə bildirilib ki, itkilərin heç də hamısını gizlədə bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu tədricən, ayrı-ayrı günlərdə, müxtəlif hadisələrlə əlaqələndirərək erməni cəmiyyətinə təqdim edir: “Uzun illərdir onlar bu variantdan istifadə edirlər. Çoxsaylı itkilər baş verdikdən bir neçə gün sonra Ermənistan Ordusunun hərbçilərinin qəzalardan, yaxud digər hadisələrdən iki bir, üç bir ölməsi baş verir”.

Məsələyə münasibət bildirən “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib ki, uzun illərin təcrübəsi göstərir ki, Ermənistan Ordusu özünün çoxsaylı itkilərini hissə-hissə ayrı-ayrı günlərdə açıqlayır. Bunları daha çox fərqli hadisələrlə əlaqələndirir: “Son günlər cəbhədə baş verən hadisələrdə Ermənistan tərəfinin ciddi itkilər verməsinə dair bizdə məlumatlar vardır. Erməni əsgərlərinin Xocavənddə, Ağdamda və Murov dağ istiqamətində hansı şəraitdə məhv edilməsi də bəllidir. Biz ermənilərin ənənəvi qaydada itkilərini bir neçə gün sonra açıqlayacağını gözləyirdik. Düşünürəm ki, bu “avtomobil qəzası” versiyası da bundan əvvəlki “avtomobil qəzaları” varinatı ilə eynidir”.

R. Süleymanov qeyd edib ki, cəbhədə itkilər çox olduqda Ermənistan Müdafiə Nazirliyinin avto qəza, maşının dərəyə düşməsi, silahla ehtiyatsız davranışdan ölmə və sair variantları işə düşür. Dağlıq Qarabağdan orduya xidmətə çağırılmış və cəbhədə öldürülmüş əsgərlər barədə məlumatlar isə mediadan gizlədilir: “Necə ola bilər ki, bu günə qədər 21 ildir cəbhədə baş verən atışmalarda yalnız Ermənistandan çağırılmış hərbçilər ölürlər. Qarabağlı gənclər məgər, sehirli köynəkmi geyinib, güllə dəyməsin…”.

KATEQORIYA:
Bu xəbəri paylaş