“Ermənistan Ordusunda cinayətkarların cəzasız qalması qanunsuzluq sindiromu yaradıb” – Erməni mediası

Ermənistan Ordusunda baş verən qanunsuzluqlar və neqativ hallar artıq bu ölkənin cəmiyyəti tərəfindən hiddətlə qarşılanır.

“AzeriDefence”nin məlumatına görə, son vaxtlar bəzi erməni mətbuatı orduda baş verənlərə diqqəti daha çox cəlb edir.

“nkr-news.com” saytında yer alan “Həqiqəti bilmək istəyirik” yazısı da bu qəbildəndir.

Yazının müəllifi Samvel Martirosyan kiçik araşdıra etməklə mövcud hakimiyyət və onun tabeçiliyində olan ordudakı real vəziyyəti açmağa çalışıb.

Yazını kiçik ixtisarla təqdim edirik:

“Ermənistanda və bizim orduda baş verən qanunsuzluqlara laqeyid qalmaq mümkün deyil.

Demək olar ki, hər gün gənclər həlak olur.

Başlayaq Ermənistan Silahlı Qüvvələrindəki problemlərdən danışmağa.

Vətəndaşlar arasında aparılan sorğular, əsgər analarının etirazları bizə bunu deməyə əsas verir ki, ordu rəhbərliyinin silahlı qüvvələrdəki əhval-ruhiyyənin yüksək olması barədə dedikləri yalnız təxəyyüldür.

Orduda mənəvi-psixoloji durum, şəxsi heyətin nizam-intizamı, səlahiyyətli şəxslərin qabiliyyətsizliyi, xüsusən də cəbhəboyu yerləşən hərbi hissələrdə maddi-texniki təminatın arzuolunmaz həddə olması Ermənistan Silahlı Qüvvələrinin döyüş hazırlığını çox aşağı səviyyədə olmasına gətirib-çıxarır.

Müqayisə üçün deyək ki, düşmən ordunun (Azərbaycan Ordusunu nəzərdə tutur) nizami hərbi qüvvələri bizimkindən iki dəfə çoxdur. Bundan başqa Azərbaycan 100 minlik təxminən eyni hazırlıqlı ehtiyat qüvvəyədə malikdir.

Ermənistan Ordusunun böyük hissəsində isə davamlı olaraq xoşagəlməz hadisələr baş alıb gedir. Orduda şərəf və ləyaqət əleyhinə cinayət halları artır, hərbçilər bir-birini təhqir edir və alçaldırlar.

Ordudakı vəziyyət cəmiyyətin güzgüdəki əksi kimi xarakterizə olunmalıdır.

Orduda gənclərin ölümü ilə nəticələnən hadisələr və bunu törədənlərin cəzasız qalması qanunsuzluq sindiromu yaradıb.

Statistikaya görə, 2011-ci ildə Ermənistan Ordusunda 39 ölüm halı baş verib. Bu ölüm halının isə yalnız 10-u düşmən tərəfindən atılan atəş nəticəsində olub. Qalan 29 nəfərin ölüm səbəbi isə soyuqqanlı şəkildə ordu komandanlığı tərəfindən gizlədilib.

2012-ci ildə isə 48 belə ölüm hadisəsi baş verib. Bunlardan yalnız 12 nəfəri döyüş zamanı həlak olub.

2013-cü ildə 40 bədbəxt hadisə törənib.

2014-cü ildə isə 103 ölüm halı baş verib. Onlardan 75-i atəşkəsin pozulması nəticəsində baş versə də digərləri haqda konkret danışmaq mümkün deyil.
2015-ci ilin ötən yarım ili ərzində Ermənistan Ordusunda 98 bədbəxt hadisə baş verib. Bunlardan 51-inin ölüm səbəbləri bəlli deyil.

Oxucuların diqqətinə bəzi məqamları da çatdırmaq istəyirəm.

2015-ci il yanvarın 29-da Vazgen Sarkisyan adına Hərbi Məktəbdə 19 yaşlı Aykaza Barseqyan adlı müdavimin meyiti tapılıb.

Hadisə ilə bağlı 4 müdavim istintaqa cəlb olunub. Bu məsələdə məktəbin müəllimi, kapitan Artyom Avetisyanın da adı hallanır.

İyunun 30-da cəbhəyə yaxın ərazidə yerləşən hərbi hissələrin birində leytenant Mavrik Xaçatur oğlu Məlikyan başından odlu silahla yaralı vəziyyətdə aşkar olunub. Hospitalda isə leytenantı xilas etmək olmayıb və o ölüb.

Bu günə qədər şübhəli şəxs qismində heç kim istintaqa cəlb olunmayıb.

Bütün bunlar orduda ciddi islahatlara, komandanlıqda dəyişikliklərə ehtiyac olduğunu göstərir”.

KATEQORIYA:
Bu xəbəri paylaş