Ermənistan Ordusunun 5 hərbçisi qəzaya düşüb

Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən 5 hərbi qulluqçu avtomoil qəzasına düşüb.

Bu barədə “AzeriDefence” “shamshyan.com” saytına istinadən məlumat verib.

Hadisə iyulun 17-də Kotayk vilayətində baş verib. Saytın məlumatına görə, hadisədən az müddət sonra, araşdırmaları gözləmədən hərbçilərin olduğu avtomobil “sirli şəkildə” hadisə yerindən götürülüb.

Avtoqəza nəticəsində xəsarət alan hərbçilərin Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı taborunda müqavilə ilə xidmət edən Mxitar Minasyan, Sərkis Anooşyan, Mixail Mirabyan və Vanuş Xaçatryan olduğu bildirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş