Ermənistan “Osa-AK” ZRK-lərini müasirləşdirir – FOTOLAR

Ermənistan Hücumundan Müdafiə Qoşunlarının arsenalında yer alan “Osa-AK” zenit-raket komplekslərini (ZRK) modernləşdirməyə başlayıb.“AzeriDefence”nin erməni hərbi mediasına istinadən verdiyi məlumata görə, “Patenş” Qapalı Səhmdar Cəmiyyətində yerli “Jamar-D.D” Elmi İstehsalat Müəssisəsinin iştirakı ilə ZRK-lərin kompleks müasirləşdirilməsi həyata keçirilir.

Müasirləşdirilmə layihəsi çərçivəsində ZRK-nin radiolokasiya stansiyası hərəkət edən hədəflərinin seleksiyasının aparılması üçün rəqəmsal sistemlə təchiz olunur. Kompleksə həmçinin, ŞUVÇ-75 qəbul kanallarının müasirləşdirilmiş giriş gücləndiriciləri və TOV-M müasirləşdirilmiş televiziya-optik vizirləri qurulur.

TOV-M iki rejimdə – geniş və dar görmə bucağında işləyə bilər. Rəngli rejimdə iş vaxtı həssaslıq 0,01 lüks, bir rəngli rejimdə 0,001 lüks təşkil edir. Cihaz iki fərqli 150 mm və 500 mm linzalarla təchiz edilə bilir.

Erməni mediasının məlumatına görə, ZRK-nə əvvəllər qurulmuş televiziya kamerası modernləşmə nəticəsində 600×500 piksel görüntü yükləməyə imkan verən yeni rəqəmsal gündüz/gecə videokamerasıyla əvəzlənib. O standart şəraitdə və zəif işıqlanma mühitində görməni təmin edir. Sistemdə daha əvvəl qurulmuş VPU-44(55) televiziya indikatorları isə səkkiz düymlük maye kristal ekranla əvəz olunur. Bu da yeni kamera ilə hədəfin böyük uzaqlıqdan alınan təsvirini canlandırmağa imkan yaradır.

Məlumata görə, müasirləşdirmədə əsas diqqət radioelektron mübarizə vasitələrinin tətbiqi zamanı ZRK-nin fəaliyyətinin sıradan çıxmamasına yönəldilir. Belə ki, yeni elektro-optik sistemin tətbiqi nəticəsində rəqibin REM vasitələrinin tətbiqi zamanı ZRK “kor olmayacaq” və mexaniki müşahidə ilə hədəfi izləməyi bacaracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş