Ermənistan Polşa şirkətinə 190 min dollarlıq kamuflyaj sifarişi verib

“Lubawa Armenia” şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə 3D çox məqsədli kamuflyaj şəbəkələrinin çatdırılmasına dair 190 min ABŞ dollar dəyərində müqavilə imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə informasiyanı “Lubawa” şirkəti öz saytında elan edib.

Kamuflyajın parçaları və digər məhsullar “Lubawa”nın Ermənistandakı fabrikində hazırlanacaq. Müqavilə cari ilin sonuna qədər icra olunacaq. Məhsulun ilk partiyası isə Ermənistan Ordusuna may-iyun aylarında veriləcək.

“Lubawa Armenia” şirkətinin İdarə Heyətinin sədri Yaroslav Rux bildirib ki, hazırda şirkət Ermənistanda ixrac sertifikatının alınması üzərində işləyir. Bu sertifikatın aprel ayınadək alınması gözlənilir.

“Lubawa SA” İdarə Heyətinin sədri Marcin Kubica isə bildirib ki, rəhbərlik etdiyi şirkət Ermənistan üzərindən Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan bazarlarına genişlənməyi düşünür və bu öllkələrdən olan potensial müştərilər müəyyənləşdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş