Ermənistan PUA axtarışında

Noyabrın 17-də Ermənistanda “Armrobotics” müsabiqəsi çərçivəsində yaradılan pilotsuz uçuş aparatlarının (PUA) sınaq uçuşların keçirilməsi nəzərdə tutulub. Bu barədə “AzeriDefence” Ermənistan mediasına istinadən məlumat verib.

Uçuşların məqsədi – aparatların hazırlığını real şəraitdə yoxlamaqdan ibarətdir. Müsabiqənin final mərhələsi 2013-cü ilin may ayında keçiriləcək.

Müsabiqənin qaydalarına əsasən iştirakçılar elə pilotsuz uçan aparat yaratmalı idi ki, həmin aparat uçuş zamanı yeri tədqiq etməli, orientir işarələrini tanımalı, şəkilləri onlayn rejimində bazaya göndərməlidir.

Qeyd edək ki, hazırda Ermənistan “Krunk” və “Baze” adlı PUA-ların istehsalını həyata keçirir.

KATEQORIYA:
Bu xəbəri paylaş