Ermənistan Silahlı Qüvvələrində kadr dəyişikliyi – Movses Akopyan Qarabağdan Ermənistana aparıldı

Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” Movses Akopyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib.

Bu barədə “AzeriDefence” erməni mətbuatına istinadən məlumat verib.

Erməni mətbuatı onun yerinə, Dağlıq Qarabağdakı separatçı birləşmələrin rəhnbərliyinə Ermənistan SQ Baş Qərargah rəisinin vəzifəsindən azad edilmiş müavini general-leytenant Leva Mnasakanyanın gətiriləcəyinin ehtimal olunduğunu yazıb.

KATEQORIYA:
Bu xəbəri paylaş