Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçuş aparatı məhv edilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd “DJI Inspire-1” (quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, iyulun əvvəlində Füzuli rayonu istiqamətində Ermənistan Ordusunun “DJİ İnspire-1” model daha bir quadkopteri məhv edilmişdi.

KATEQORIYA:
Bu xəbəri paylaş