Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib – FOTOLAR

Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.

Döyüşdə bir hərbi qulluqçu – çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş