Ermənistan şirkətinin silah ticarətinə dair sənəd – FOTO

Adı beynəlxalq silah qalmaqallarında keçən Ermənistan şirkətinin Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) 2011-ci ildə silah satışına dair məlumat üzə çıxıb.
“AzeriDefence”nin hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistanın “DG Arms Corporation” şirkəti 2011-ci ildə Ukraynadan alınmaqla BƏƏ-yə 1000 ədəd 7.62 mm çaplı AK-47 avtomatı, həmçinin 2 milyon ədəd 12.7×108 mm çaplı döyüş sursatının satışını həyata keçirib.

Qeyd edək ki, “DG Arms Corporation”un adı Suriya, Livan, Liviya, Konqo, Sierra-Leone olmaqla müxtəlif ölkələrə açıq və gizli yollarla silah satışını reallaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş