Ermənistan yeni təyyarə alıb? – FOTOLAR

Ermənistan Avstriyanın “Diamond Aircraft Industries” şirkətinin istehsalı olan “Diamond DA42 Twin Star” təyyarəsi alıb.“AzeriDefence”nin xəbərinə görə, “milkavkaz” forumunda ermənilər Erebuni aeroportunda saxlanılan bu təyyarənin fotosunu paylaşıblar.
Fotoda hərbçilərin də yer alması təyyarənin Ermənistan Müdafiə Nazirliyi tərəfindən alınması ehtimalını ortaya qoyur.

Qeyd edək ki, iki motorlu olan “Diamond DA42 Twin Star” təyyarəsi hazırda dünyada təlim-uçuş və hərbi qurumlarda patrul təyyarəsi kimi istifadə olunur. Maksimum 5400 metr hündürlükdə uçan olan “Twin Star”ın boş çəkisi 1251 kq, faydalı yükü 532 kq, kreyser sürəti 277 km/saat, uçuş uzaqlığı 1475 km-dir.

Təyyarənin bir ədədinin qiyməti 600 min ABŞ dolları təşkil edir.

KATEQORIYA:
Bu xəbəri paylaş