Ermənistana dövlət sərhədlərinin mühafizəsinin modernləşdirilməsi üçün 57 milyon avro qrant veriləcək

Avropa Birliyi və donor təşkilatlar dövlət sərhədlərinin mühafizəsini müasirləşdirilməsi məqsədilə Ermənistana 57 milyon avro məbləğində qrant verəcəklər.“AzeriDefence.com” saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, “Cənubi Qafqazda dövlət sərhədlərinin kompleks idarəolunması” layihəsinin Ermənistan üzrə rəhbəri Qriqoriy Malinçyan deyib ki, layihə çərçivəsində sərhədlərin qorunmasında müasir islahatlara başlanması məqsədilə Ermənistana 57 milyon avro qrant yardımı ediləcək. Bu məbləğin 40 milyon avrosu Avropa İnvestisiya Bankı, 17 milyonu isə donor təşkilatlar tərəfindən ayrılacaq.

Q. Malinçyanın sözlərinə görə, işlərə bu ilin iyun-iyul aylarında başlana bilər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanın qonşuları Gürcüstan, Türkiyə və İranla sərhəd infranstrukturunun modernləşdirilməsində Avropa Birliyi və Rusiya ilə razılaşma əldə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş