Ermənistanın “Kub” ZRK-ləri Azərbaycanın işğal olunmuş ərazilərində – FOTOLAR

Ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə “Kub” (NATO kodu SA-6 Gainful) zenit-raket kompleksi yerləşdirməsini təsdiqləyən görüntülər üzə çıxıb.“AzeriDefence”nin xəbərinə görə, ermənilərin yayımladıqları görüntülər 2014-cü ilin sentyabr ayında çəkilib.

Videodan göründüyü qədər “Kub” ZRK-lər Dağlıq Qarabağ ərazisində deyil, ətraf rayonlardan birinin ərazisində yerləşib. Arxa fonda azərbaycanlılara məxsus yaşayış məntəqəsinin dağılmış evləri görünür.

Görüntülərdən bəlli olduğu qədər Qarabağda bir neçə ədəd “Kub” ZRK mövcuddur. Əvvəlki illərdə işğal altındakı Azərbaycan ərazilərində adıçəkilən ZRK-lərin varlığına dair informasiya mövcud olmayıb.

“AzeriDefence”nin Azərbaycan HHM sistemində çalışmış zabitlərdən əldə etdiyi məlumata görə, Ermənistan HHMQ-nın silahlanmasında bir “Kub” batareyası mövcuddur. Ötən ilin avqust ayında Azərbaycan hərbi aviasiyası işğal altındakı ərazilər üzərində uçuşlar həyata keçirəndən sonra erməni tərəfi bir neçə “Kub” ZRK-ni Ermənistandan Qarabağa göndərib.

Qeyd edək ki, “Kub” ZRK-lər 1967-1983-cü illərdə istehsal olunub və 9 modifikasiyası mövcuddur. Raketin mənzili 24 km, hündürlük üzrə mənzili 12 km təşkil edir. Hər bir “Kub” buuraxıcı maşını üzərində 3 raket yerləşir.

https://www.youtube.com/watch?v=mcA04O8Eq9I

KATEQORIYA:
Bu xəbəri paylaş